Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Masallıdakı qəzada ölən gəncin sürücülük hüququ olmayıb

Posted on 11 Mart 202611 Mart 2026 By admin

Masallıda ölümlə nəticələnən ağır qəzanın detalları məlum olub.

xia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən 21 yaşlı Orxan Zamanovun sürücülük hüququ olmayıb.

“BDYPİ bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.

Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar”, – məlumatda bildirilib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Ukrayna ordusu Rusiyada kimya zavoduna zərbələr endirib
Next Post: Mürsəlovdan sərəncam: 27 nəfər vəzifəsindən azad edildi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme