Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Onlayn kazino təşkil edən qadın saxlanılıb

Posted on 11 Mart 202611 Mart 2026 By admin

Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb.

xia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, o, xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi “Chcplay1”, “Fastloto365” və “Fastlotoclub” adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə edib, bu məqsədlə virtual kassa sistemi qurub.

N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı “Perfectkazino” adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.

Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyən edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Sudan lideri Əliyevə məktub ünvanladı
Next Post: Ukrayna ordusu Rusiyada kimya zavoduna zərbələr endirib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme