Vayra Vike-Frayberqa: “Olduqca təhlükəli zamanlar yaşayırıq”
“Ermənistanla uzun illər davam edən münaqişəni həll etdiyi üçün Azərbaycana təbrik düşür”.
xia.az xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan dünyaya təhlükəsizlik və sabitlik təqdim edir:
“Dünyada davam edən münaqişələr sabitliyi və iqtisadi tarazlığını təhdid edir. Olduqca təhlükəli zamanlar yaşayırıq.
Bunları arxada qoyaraq ortaq cəhətlərimiz üzərində quruculuğa başlamaq, razılaşa biləcəyimiz məsələlərə əsaslanmaq, çoxluğun rifahı üçün nələr edilə biləcəyini düşünmək lazımdır. 2026-cı ildə işlər yaxşı getmir. Nifrət hissləri yenidən alovlanıb və üzə çıxıb. Münaqişələr getdikcə daha çox zorakı formada baş verir”.
“Çətin və gərgin dövrdə keçirilən forumun faydalı olacağına əminəm. İnanıram ki, burada səslənəcək ideyalar dünyanın hər yerində gələcəklə və planetimizin taleyi ilə bağlı narahat olan adi insanlara müəyyən ümid verəcək. Forum vəziyyəti yaxşılaşdırmaq üçün hansı addımların atıla biləcəyini ortaya qoyacaq”, – deyə qonaq vurğulayıb.