Azərbaycan kino ensiklopediyası

TgegBS4m1p5r9yrcd5rTLyCRvbFt2rsPeBZLvG8m_1200

bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında hazırlanmış “Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898-2025)” adlı dördcildliyin təqdimat mərasimi keçirilib. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, dosent Aydın Kazımzadənin müəllifi olduğu bu fundamental nəşr Azərbaycan kinosunun yarandığı gündən bu günə qədər bütün tarixi mərhələləri əhatə etməklə Azərbaycan Dövlət Film Fondunda qeydiyyata alınmış filmlər haqqında məlumatları sistemli şəkildə təqdim edir.