Əli Xameneinin həyat yoldaşının sağ olduğu bildirilir

BIjm5yOxKi5zyu4b7y3cP1mrjSZOB4Da2aZnNw84_1200

İranın mərhum ali rəhbəri Əli Xameneinin fevralın 28-də İsrailin zərbələri nəticəsində öldürülən həyat yoldaşı Mənsurə Xocəstə Baqerzadənin ölümü barədə məlumat yanlış olub.

Olkemedia bu barədə “Fars” agentliyinə istinadən xəbər verir.

“Son bir neçə gün ərzində inqilab liderinin ölməsindən sonra bəzi KİV səhvən böyük ayətullahın həyat yoldaşının da ölümü xəbərini dərc edib”, – deyə məlumatda bildirilir.

Fevralın 28-də İsrail HHQ-nin Tehranda ayətullanın iqamətgahına endirdiyi zərbədən sonra onun ağır yaralandığı və komaya düşdüyü bildirilirdi.

Mənsurə Xocəstə Baqerzadə 79 yaşındadır. O, dini bir ailədə doğulub. Atası iş adamı idi. Əli Xamenei ilə 1964-cü ildə tanış olub. Növbəti il onlar evləniblər. Evləndikdən sonra o, ictimaiyyət qarşısında demək olar ki, görünməyib. Onların evlilikdən dörd övladı olub.