Meksika millisində dəyişiklik.
40 yaşlı əfsanəvi qapıçı Gilyermo Oçoa yenidən Meksika milli komandasına dəvət olunacaq.
Oxu.Az xəbər verir ki, təcrübəli qolkiper Meksika yığmasının Portuqaliya və Belçika seçmələrinə qarşı keçirəcəyi vacib yoldaşlıq görüşləri üçün heyətə cəlb ediləcək.
Bu gözlənilməz geridönüşün əsas səbəbi millinin bir nömrəli qapıçısı Luis Malaqonun ağır zədə almasıdır. Məlumata görə, klubu ilə oyun zamanı sıradan çıxan Malaqon bu səbəbdən qarşıdakı dünya çempionatında iştirak edə bilməyəcək.
Yaranmış çətin vəziyyətlə əlaqədar Meksika millisinin məşqçilər heyəti çoxillik təcrübəyə malik Oçoanı yenidən komandaya qaytarmaq qərarına gəlib.