Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda

psR0wcBzSYbw5qXVTrvFvBBrkaIzkp8h4ynRCe0z_1200

Moldovanın nüfuzlu noi.md xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin XIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin çıxışına istinadla qeyd edilib ki, Azərbaycan daha balanslı və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır. Hazırda neft və qaz qiymətlərində artım müşahidə edilir. Bu, istehlakçılar üçün problemlər yaradır. Həm də təkcə onlar üçün deyil. Əgər kimsə belə balanssız qiymətlərin yalnız neft hasil edən və ixrac edən ölkələrə fayda verdiyini düşünürsə, yanılır.

Məqalədə həmçinin bildirilib ki, Azərbaycan boru kəməri qazının ixrac həcmi və coğrafi əhatə dairəsi baxımından dünyada bir nömrəli ölkədir. Onun ixrac həcmi hazırda artır və artmaqda davam edəcək. Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm amildir. Beynəlxalq bazarlara etibarlı neft tədarükçüsü kimi Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam etmək niyyətindədir.

Məqalədə dövlətimizin başçısının regional təhlükəsizliyə dair fikirləri də qeyd edilib. Vurğulanıb ki, regional təhlükəsizlik həmişə Azərbaycan üçün bir nömrəli məsələ olub. Azərbaycan cəmi 7 aydır ki, sülh şəraitində yaşayır. Bu, bir daha göstərir ki, sülhə nail olmaq üçün güclü siyasi iradə, qətiyyət, sülhə və ədalətə sadiqlik tələb olunur. Ermənistan ilə sülh yalnız kağız üzərində deyil. Azərbaycan Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb.