Rusiyanın yardımı İrana çatdırıldı

LxgKnVLFiNCfyVEGkFYpHxYauCYR7oVWjhknlXjX_1200

Rusiyadan İrana göndərilən humanitar yardım “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təyinat nöqtəsinə keçib.

Olkemedia  APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyasından İran İslam Respublikasına göndərilən dərman preparatları və tibbi ləvazimatlardan ibarət yardım bir qədər əvvəl “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb. Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan ərazisi vasitəsilə İrana keçidi təmin olunub.