ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb.

aFjMdhn2EeGDqeti5gvMWbMkF8ntAbTqcJAfuSxm_1200

Martın 12-də təxminən saat 14:00-da İraqın qərbində ABŞ-yə məxsus “KC-135” yanacaq dolduran təyyarəsi qəzaya uğrayıb. Altı heyət üzvündən dördünün öldüyü təsdiqlənib və axtarış-xilasetmə işləri isə davam edir.

Xia.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X”də məlumat verib.

“Hadisənin baş vermə səbəbləri araşdırılır”, – deyə məlumatda qeyd olunub.

“Hərbi qulluqçuların kimliyi yaxın qohumların məlumatlandırılmasından sonra 24 saat tamam olanadək açıqlanmır”, – bəyanatda bildirilib.