Ailə institutunun gücləndirilməsi ilə bağlı dövlət proqramları hazırlansın
“Qarşıda duran mühüm məsələlərdən biri də hesabatda da əksini tapdığı kimi, bölgələrdə yeni universitetlərin yaradılması və bölgə universitetlərini qəbul planının artırılmasıdır. Bu, öz növbəsində şəhərdə tıxacın azaldılmasına müsbət təsir göstərə bilər”.
Xia.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.