“Ananız mələk olub göylərə uçdu”
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənin hüquqi varisi olan anası ifadə verib.
“Uşaqlara əvvəlcə qızımın öldüyünü deməyiblər. Ziyəddinin qardaşı uşaqları parka gəzməyə aparanda orada onlara deyib ki, ananınız mələk olub göyə uçdu. Qayıdanda qız nəvəm dedi ki, nənə, mən anamın öldüyünü bilirəm. Nəvəmin sözlərinə görə, həmin gün oyananda görüb ki, atası anasının boğazında oturub. Soruşub ki, ata, neyləyirsən? O da “ananın ürəyi gedib, onu ayıldıram, get başını qoy yat” cavabını verib. Bu vicdansız balama zülm verib, işgəncə ilə onu öldürüb. Barışıqdan söhbət belə gedə bilməz. Mən haqq-ədalətin bərpa olunmasını, balamın qatilinin layiqli cəzasını çəkməsini istəyirəm”.
Növbəti iclası aprelin 10-na təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.
“Gənclər yataqxanası”nda yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə boğularaq öldürülməsi barədə polisə məlumat verilib.
İlkin araşdırmalarla məlum olub ki, əvvəllər Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlibmiş.
Onun ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olunub.
Onun barəsində CM-nin (qəsdən adamöldürmə – xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi a