Antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
xia.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7 750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antik əşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.