Hörmüz boğazından keçidinə icazə verildi
Yaxın Şərqdəki hadisələrdən sonra Türkiyəyə məxsus ilk gəmi Hörmüz boğazından keçib.
Xia.az “TRT Haber”ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Uraloğlu Hörmüz boğazındakı Türkiyəyə məxsus gəmilərlə bağlı son vəziyyətdən danışıb:
“Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən gəmi yoxdur. Türkiyəyə məxsus gəmilər və Axtarış-Xilasetmə Mərkəzimizlə fasiləsiz şəkildə əlaqə saxlayırıq. İlkin olaraq 15 gəmimiz var idi, İran limanından istifadə edəcəyi üçün bu ölkənin hakimiyyəti ilə koordinasiya təmin edildi. Lazımi icazə alınıb və gəmilərdən birinin keçidi reallaşdırılıb. İran tərəfi ilə təmaslarımızı davam etdirməyə çalışırıq. Hazırda 14 gəmimiz gözləmə mövqeyindədir və hər hansı problemləri müşahidə olunmur