inkassator avtomobilinin sürücüsü həbs edildi
Ötən ilin iyulunda Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.
Xia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü sürücü Elnur Yaqubova hökm oxunub.
Bildirilib ki, o, banklardan birində sürücü-inkassator işləyib və hadisəni törətdiyi avtomobil də banka məxsus olub.
Hadisə saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində – magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. E.Yaqubov 99-AU-092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə idarəetməni itirib.Nəticədə avtomobil səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.
Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.
Məhkəmədə İ.Bədirovanın yaxınları vurulmuş zərərə görə sürücüdən 50 min manat mənəvi təzminat tələb ediblər.