Məşhur rusiyalı bloqerin sevgilisindən paylaşım

6uBnV6Y4lFZMivDnkiqe0v8Igbr3ZlBVZ1Ei4Rzo_1200

Dördüncü mərhələdə mədə xərçəngi diaqnozu qoyulan məşhur rusiyalı bloqer Lerçek (əsl adı Valeriya Çekalina) kimyaterapiya kursundan keçəcək. Həkimlər ciddi diaqnozu təsdiqləyiblər.

Xia.az-in “112” “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə Lerçekin sevgilisi Luis Skviççiarini danışıb.

Bloqer sabahdan (14 mart) etibarən müalicəyə başlayacaq. Luis qeyd edib ki, bu çətin zamanda Valeriyanın ailəsi və özü onun yanındadırlar.

O bildirib ki, onurğada, ayaqlarda və ehtimal ki, ağciyərlərdə də xəstəliyin yayılması əlamətləri aşkar edilib.

“Biz təslim olmayacağıq – birlikdə mübarizə aparacağıq. Mən səni nə qədər lazımdır, o qədər qucağıma alacağam və bu çətin yolun hər addımında səninlə birlikdə irəliləyəcəyəm”, – deyə Luis Skviççiarini yazıb.