Yeni miqrasiya dalğası
Bəzi Avropa İttifaqı (Aİ) ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının yeni miqrasiya böhranına səbəb ola biləcəyindən ehtiyat edi
Xia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, qaçqınların mümkün axını Aİ-nin islahat apardığı sığınacaq sisteminə ciddi problem yarada bilər.
Kipr Dövlət Miqrasiya və Beynəlxalq Müdafiə Komitəsinin sədri Nikolas İoannidis bildirib ki, Aİ yeni miqrasiya dalğası riskini ciddi qəbul etməlidir.
İsveç Miqrasiya naziri Yohan Forssel də Aİ-nin yeni miqrasiya böhranına dözə bilməyəcəyi barədə xəbərdarlıq edib.
“Biz hələ də on il əvvəl baş verənlərin nəticələrini görürük və bu, yalnız İsveçə aid deyil. Deyərdim ki, Avropanın hər yerində eynidir”, – deyə o qeyd edib.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska isə əks fikir bildirib. Onun sözlərinə görə, Avropa artıq 2015-2016-cı illərdə qaçqın axını ilə məşğul olub və lazım gələrsə, yenilərini qəbul edə biləcək.
Xatırladaq ki, bundan əvvəl britaniyalı milyarder Cim Retkliff bildirmişdi ki, Böyük Britaniya miqrantların təzyiqi altındadır və onun fikrincə, onlar dövlətin resurslarını müavinət sistemi vasitəsilə istehlak edirlər.
Bundan başqa onu da qeyd edək ki, Konqo Demokratik Respublikası, Anqola və Namibiya Böyük Britaniyada qanunsuz olan minlərlə vətəndaşını qəbul etmək barədə razılığa gəliblər.