Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

“Formula-1” Yaxın Şərqdəki vəziyyətə görə iki ölkədə Qran-prini ləğv edəcək

Posted on 14 Mart 202614 Mart 2026 By Admin_

Aprel ayında Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” Qran-priləri ABŞ və İsrailin İrana qarşı apardığı müharibə ilə əlaqədar ləğv ediləcək.

Xia.Az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı mənbələrə istinadən yazır.

Yarışların aprelin 10-12-də Bəhreyndə, aprelin 17-19-da Ciddədə keçirilməsi planlaşdırılırdı. Nəticədə mövsümdə yarışların sayı 22-yə enəcək. Nəşrlərin həmsöhbətlərinin sözlərinə görə, qərar barədə rəsmi açıqlama gələn həftəyədək veriləcək.

Qeyd olunur ki, yarışların ləğv edilməsindən “Formula-1” 130 milyon dollardan çox vəsait itirəcək. Çünki Bəhreyn və Səudiyyə Ərəbistanı yarışların keçirilməsi üçün ən yüksək ödəniş edən ölkələrdən sayılır.

Təşkilatçılar yarışları Portuqaliya, İtaliya və ya Türkiyəyə köçürmək imkanını nəzərdən keçirsələr də, çox az vaxt qaldığını və mərhələlərin keçirilməsi üçün ödəniş almağın demək olar ki, mümkün olmayacağını əsas gətirərək bu variantdan imtina ediblər.

Dünya

Yazı naviqasiyası

Previous Post: İran raket atılması barədə məlumatları təkzib etdi
Next Post: Kirayə müqaviləsi olmayanları nə gözləyir?
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme