İlber Ortaylının dəfn olunacağı tarix açıqlandı
Türk tarixşünaslığının tanınmış simalarından biri, akademik və yazıçı professor İlber Ortaylının dəfn tarixi açıqlanıb.
Xia.Az “Türkiye gazetesi”nə istinadla xəbər verir ki, İlber Ortaylı ilə vida mərasimi martın 16-da uzun illər çalışdığı Qalatasaray Universitetində keçiriləcək.
Bu mərasimdən sonra Ortaylının nəşi Fatih məscidinə aparılacaq və məscidin qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, professor İlber Ortaylı martın 13-də 78 yaşında vəfat edib.