Azərbaycan Kubokunun yarımfinalında və Misli Premyer Liqasında “Sabah”la oyunlar “Qarabağ” komandası üçün həlledici olacaq.

sshVJYTQvb40cjhEcLdEQ2W8HTRhjHhtAAqZphM8_1200

Bu barədə Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran “Report”a açıqlama verib.

24 yaşlı hücumçu hər iki turnirdə qızıl medal hədəflədiklərini söyləyib:

“Məncə, “Sabah”la görüşlərin həlledici olacağınə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq”.

Forvard ötən gün “Zirə”ni səfərdə məğlub etdikləri XXIV turun matçına toxunub:

“Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, “Zirə” ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizik çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik”.

Oyunçu növbəti turda “Kəpəz”ə qarşı keçirəcəkləri matç haqqında danışıb:

“Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə mütləq 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik”.

K. Duran Kolumbiya millisinə mümkün dəvətlə bağlı da danışlb:

“Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar”.