Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİKLƏR gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.
Xia.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.