Bu gün torpağın və həyatın oyandığı İlaxır – Torpaq çərşənbəsidir
Bu gün torpağın və həyatın oyandığı İlaxır – Torpaq çərşənbəsidir.
Xia.az bildirir ki, min illərdir ki, xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır.
İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
Torpaq bütün canlılara həyat verir. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini müxtəlif mərasimlərlə qeyd edirlər.