Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililər

GpMw4xHI1x6IWfnkWpZvPzmSfVf8gGBtVj9nhopg_1200

Buzovna qəsəbəsində dəniz kənarında yerləşən bəzi qanunsuz tikililər hələ də sökülməyib.

Xia.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin iddiasına görə, hətta sökülməli olan bəzi tikililərdə yenidən artırma və təmir işləri aparılır.

Şikayətçilərin sözlərinə görə, təxminən dörd il əvvəl Buzovna qayalıqları üzərində inşa edilən qanunsuz tikililərin sökülməsinə başlanılıb. Həmin dövrdə Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında 11 qanunsuz tikili sökülüb. Lakin proses bununla da yekunlaşıb və davamı olmayıb. Qayalıqları zəbt edən dörd tikili isə hələ də yerində qalır.