ATV-nin yayımında dəyişiklik: Xəbər buraxılışlarının da sayı artdı

5oe5kjJkOlJ2QtZ2Ctd6ybW1rbEIYU5iT33dG9zj_1200

“Azad Azərbaycan” (ATV) telekanalında “Bizimləsən” və “Rəngarəng” verilişləri efirdən çıxarılıb.

Xia.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, artıq kanalın yayım siyasətində də dəyişiklik edilib.

Xəbərlər proqramının sayı artırılıb. Xəbərlər bloku indiyədək gündə iki dəfə – 14:00 və 20:30-da efirə gedirdi. Bu gün isə 17:00-da da xəbər buraxılışı yayımlanıb.

Məlumata görə, bu, son deyil və dəyişikliklər davam edəcək.