Azərbaycanda əhalinin nominal gəlirləri nə qədər artıb?
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 12 milyard 573.8 milyon manat təşkil edib.
Xia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.