Fransa hərbçiləri “nüvə zərbəsi” ssenarisini məşq ediblər
Fransa Hərbi Hava Qüvvələri genişmiqyaslı təlimlər çərçivəsində nüvə zərbəsi ssenarisini məşq ediblər.
Xia.az xəbər verir ki, bu barədə “Le Parisien“ qəzeti məlumat yayıb.
“Poker” kod adlı təlimlərdə “Rafale” və “Mirage 2000” qırıcıları, AWACS təyyarələri və A330 MRTT yanacaqdaşıyanları daxil olmaqla 40-a yaxın təyyarə iştirak edib. Təyyarələr Aralıq dənizi istiqamətində uçuş həyata keçirdikdən sonra Fransanın mərkəzinə yönələrək şərti nüvə raketinin buraxılışını imitasiya ediblər.
Təlim zamanı rabitə və GPS siqnallarına müdaxilə şəraitində fəaliyyət sınaqdan keçirilib. Məqsəd ordunun əsas sistemlər məhdudlaşdırıldıqda belə tapşırıqları yerinə yetirmək qabiliyyətini yoxlamaq olub.