İlham Əliyev Xocavəndin Xanoba kəndində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Xia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verib.