“Kağız gətir – kitab apar”
18 mart – Qlobal Təkrar Emal Günü münasibətilə Bakı Avropa Liseyində “Kağız gətir – kitab apar” adlı sosial-ekoloji layihə ictimaiyyətə təqdim olunub.
Xia.az xəbər verir ki, tədbir çərçivəsində şagirdlər evlərində istifadəsinə ehtiyac duyulmayan və tullantı hesab edilən kağızları məktəbə gətirərək əvəzində yeni kitablar əldə ediblər. Toplanan kağız tullantıları isə “Təmiz Şəhər” ASC tərəfindən təkrar emala yönləndirilib.