“Makron tezliklə vəzifəsindən gedəcək”
ABŞ Prezidenti Donald Tramp NATO-nun İrana qarşı müharibədə Vaşinqtona dəstək verməməsini tənqid edib.
Xia.az xəbər verir ki, o, jurnalistlərlə söhbəti zamanı alyansın siyasətini “böyük səhv” adlandırıb.
Trampın sözlərinə görə, bu vəziyyət NATO üçün ciddi sınaq olub və müttəfiqlərin ABŞ-ni dəstəkləməməsi blokun zəifliyini göstərib. O vurğulayıb ki, Vaşinqton gələcəkdə öz maraqlarını təkbaşına qorumaq imkanına malikdir.
ABŞ lideri, həmçinin Fransanın Prezidenti Emmanuel Makronu tənqid edərək onun tezliklə vəzifəsindən gedəcəyini iddia edib.