Marko Rubio ABŞ-nin Kuba prezidentini devirmək istədiyi barədə iddialara aydınlıq gətirdi
ABŞ-nin dövlət katibi Marko Rubio “The New York Times” qəzetinin Vaşinqton Administrasiyasının Migel Dias-Kanelin Kuba prezidenti vəzifəsindən getməsinə nail olmağa çalışdığını iddia edən məqaləsini uydurma adlandırıb.
Xia.az xəbər verir ki, bununla bağlı dövlət katibi sosial şəbəkə hesabında paylaşım edib.
“Bu qədər çox KİV-in belə uydurma xəbərləri dərc etməsinin səbəbi onların hələ də mənbə kimi məlumatlı olduqlarını iddia edən yalançılara etibar etməsidir”, – deyə Rubio bildirib.