“Qarabağ”ın məşqçisi cəzalandırıldı
AFFA İntizam Komitəsi “Qarabağ”ın U-12 komandasının baş məşqçisi Şöhrət Yusifovu sərt cəzalandırıb.
Xia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Məlumata görə, cəzaya səbəb baş məşqçinin AFFA U-12 Liqası çərçivəsində keçirilən “Neftçi” ilə qarşılaşmanın 21-ci dəqiqəsində hakimlər briqadasına ünvanladığı təhqirlər və bunun ardınca meydandan kənarlaşdırılması olub.
Qurumun çıxardığı yekun qərara əsasən, Şöhrət Yusifov dörd oyunluq diskvalifikasiya cəzasına məruz qalıb.
