Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq?

lsf67UQ5bxU4M7xjlPknVA1LXP1UIjMBsGSCecKV_1200

50 nömrəli marşrut avtobusunun boş vəziyyətdə dayanacaqda gözləməsindən dolayı yaranan narazılıq daşıyıcı şirkətlə müzakirə olunub.

Bu barədə Xia.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, daşıyıcıya avtobusların hərəkət intervalına və müəyyən edilmiş iş qrafikinə uyğun tənzimlənməsi, son dayanacaq məntəqəsində maksimum bir və ya iki ədəd avtobusun dayanması barədə müvafiq tapşırıqlar verilib:

“Eyni zamanda, marşrutun son dayanacağının yenidən müəyyənləşdirilməsi ilə bağlı təhlil aparılacaq”.