Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Mövlam Şixəliyevin pensiyası da kəsildi

Posted on 19 Mart 202619 Mart 2026 By Admin_

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin hazırda həbsdə olan keçmiş rəisi Mövlam Şixəliyevə 2016-cı ildə təyin olunmuş general pensiyası kəsilib.

Xia.az  Gununsesi.info-ya istinadla xəbər verir ki, Mövlam Şixəliyev bununla razılaşmadığı üçün məhkəməyə müraciət edib.

Keçmiş rəisin pensiyasının kəsilməsinə səbəb isə onun “general-mayor” rütbəsindən məhrum edilməsidir.

Şixəliyev məhkəməyə müraciətində iddia edir ki, 2016-cı ildə ovaxtkı MTN-dən “general-mayor” rütbəsində ehtiyata buraxılanda ona ömürlük pensiya təyin olunub və ödənişi dayandırıla bilməz.

2021-ci ilin aprelində həbs olunan və 12 il azadlıqdan məhrum edilən Mövlam Şixəliyevin çoxsaylı mənzilləri, bağ evləri, torpaq sahələri də müsadirə olunmuşdu. 2023-cü ilin iyulunda Prezident İlham Əliyev Mövlam Şixəliyevin “general-mayor” ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən, Mövlam Şixəliyevə 2016-cı ildən təyin edilmiş yaşa görə əmək pensiyası hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar dayandırılıb.

Mövlam Şixəliyev məhkəməyə şikayətində yazıb ki, ailəsində qazanc gətirən şəxs yoxdur və pensiyasının dayandırılması ilə əlaqədar çətin maddi durumda qalıb.

Məhkəmə Mövlam Şixəliyevin iddiasını təmin etməyib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Altı ildir Qarabağda
Next Post: İranda yanvar etirazlarının üç iştirakçısı edam edildi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme