ABŞ-nin Yaxın Şərqdəki bazalarına nə qədər ziyan dəyib?
Yaxın Şərqdə 14 günlük müharibə zamanı İran qüvvələri ABŞ hərbi bazalarına ən azı 800 milyon dollar məbləğində ziyan vurub.
Xia.az xəbər verir ki, bu barədə BBC xəbər verib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, bölgədəki ABŞ bazalarına dəyən ziyan tam qiymətləndirilməyib. Yekun nəticə yalnız əlavə məlumat əldə edildikdən sonra məlum olacaq.
Bildirilib ki, Tehran zərbələrini ABŞ-nin hava hücumundan müdafiə sistemlərinə və peyk rabitəsi qurğularına yönəldib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana hücumunun III Dünya Müharibəsinin qarşısını almağa kömək etdiyini iddia edib. O, hücum baş verməsəydi, İslam Respublikasının nüvə silahı əldə edəcəyini və bu silahları İsrailə və bütün Yaxın Şərqə qarşı istifadə edəcəyini bildirib.