Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Aİ-yə avtomobil idxalı ilk dəfə ixracı üstələyib

Posted on 21 Mart 202621 Mart 2026 By Admin_

2025-ci ildə Çindən Avropa İttifaqına (Aİ) avtomobil və ehtiyat hissələrinin idxalının həcmi ilk dəfə olaraq Aİ-dən Çinə eyni məhsulların ixracını üstələyib.

Xia.az  xəbər verir ki, bu barədə DPA agentliyi “EY konsaltinq” şirkətinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu vəziyyət Avropadan Çinə avtomobil və ehtiyat hissələrinin ixracının ötən il 34% azalaraq 16 milyard avroya düşməsi, eyni zamanda Çindən idxalın isə 8% artaraq 22 milyard avroya çatması ilə əlaqədardır.

Hesabat müəllifləri bildirirlər ki, 2022-ci ildən bəri Avropanın Çinə avtomobil ixracı iki dəfədən çox azalıb. Ümumi mənzərədə yalnız Almaniya fərqlənir: alman avtomobillərinin Çinə ixracı hələ də idxalı üstələyir.

Lakin bu fərqin sürətlə azaldığı qeyd olunur. Belə ki, 2022-ci ildə Almaniya Çinə 30 milyard avro dəyərində avtomobil və ehtiyat hissələri ixrac etdiyi halda, 2025-ci ildə bu göstərici 13,6 milyard avroya düşüb. Eyni dövrdə Çindən idxal 7,4 milyard avroya çatıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Uşağı oxumağa necə həvəsləndirməli?
Next Post: İngiltərənin futbol klubu stadionunu 999 il müddətinə icarəyə verdi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme