Almaniyada inanılmaz hadisə

TpQDLY9LZqBEo5B5C3MMXvsQqTIazdmLtAzCwTes_1200

Bavariyada bir kişi lotereyada qazandığı 1.5 milyon avroluq uduşdan yanacaqdoldurma məntəqəsinin əməkdaşının hərəkətinə görə məhrum olub.

Xia.az  xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Hadisə 2024-cü ilin aprelində Qrasbrunn qəsəbəsində baş verib. Yerli sakin “Spiel 77” lotereyasına aid biletini yoxlatmaq üçün yanacaqdoldurma məntəqəsinə təqdim edib. Kassir Patrik D. biletdə 1 477 777 avro məbləğində böyük uduş olduğunu görsə də, müştəriyə heç nə qazanmadığını bildirib. Bundan sonra kişi bileti kassanın üzərində qoyaraq məntəqəni tərk edib. İşçi isə bileti götürərək iyul ayında mükafatı almaq üçün lotereya qərargahına müraciət edib.

Lakin “qalib”lə aparılan müsahibə zamanı şübhələr yaranıb. Mütəxəssislər müəyyən ediblər ki, həmin şəxs bileti təqdim edilən satış nöqtəsində işləyib. Qaydalara görə isə əməkdaşların öz iş yerlərində lotereya bileti almasına icazə verilmir. Bu səbəbdən lotereya təşkilatı ödənişdən imtina edib və hadisə barədə polisə məlumat verilib.