Balıq alarkən DİQQƏTLİ OLUN

cN5s0rv3r4BqKAikLikpJmJq4TT20UCcWZ7HWQBa_1200

Balıq o qədər dondurulub ki, yumşaqlığını tamamilə itirib.

Xia.az  Xəzər TV-yə istinadən xəbər verir ki, bu görüntülər paytaxtdakı marketlərdən birində qeydə alınıb. Soyuducuda saxlanılan balıqlar o dərəcədə donub ki, yumşaqlığını itirərək demək olar, buz kütləsinə çevrilib. Alıcılar isə çox vaxt dondurulmuş məhsulla sadəcə soyudulmuş məhsul arasındakı fərqi ayırd etməkdə çətinlik çəkirlər.

Satıcılar da təsdiqləyirlər ki, alıcıların əsas tələbi məhsulun təzə olmasıdır. Lakin bəzən saxlama şəraiti və satış müddəti balığın keyfiyyətinə birbaşa təsir göstərir.