Əfqanıstan-Pakistan münaqişəsi kəskinləşir

IRdvQiPP0DZ1GfB4hrONAjUAm3CxEnccMV4rcTHn_1200

Xia.az Yaxın Şərqdəki müharibə Pakistan və Əfqanıstan arasındakı gərginliyi kölgədə qoyub. Halbuki iki ölkənin sərhədində döyüşlər davam edir.

Pakistan Hərbi Hava Qüvvələri (HHQ) mütəmadi olaraq Əfqanıstanın paytaxtı Kabulu atəşə tutur. Rəsmi İslamabad bəyan edib ki, hücumların hədəfi terror qruplaşmalarının – Pakistan “Taliban”ının və “Vilayət Xorasan”ın düşərgələridir. Hava zərbələri İslamabadda, həmçinin Bacaur bölgəsində və Pakistanın şimal-qərbindəki Bannu şəhərində fevralda baş vermiş terror aktlarına cavab olub.