İran 10 milyon riallıq əsginası dövriyyəyə buraxdı

hNmW7v4RKAtrHCAjXUncmIAM7hiL6IjcIis3EVLF_1200

İran tarixində ən böyük nominala malik yeni – 10 milyon riallıq əsginası dövriyyəyə buraxıb.

Xia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilir ki, hökumət bu addımı ABŞ və İsraillə hərbi qarşıdurma fonunda inflyasiya və nağd pula artan tələbatla mübarizə məqsədilə atıb.

Yeni əsginasın faktiki dəyəri təxminən 7 ABŞ dollarına bərabərdir. Çəhrayı rəngli əsginasın üz tərəfində Yəzd şəhərindəki IX əsrə aid Came məscidi, arxa tərəfində isə qədim Bəm qalası təsvir olunub. Bu, fevralda buraxılmış 5 milyon riallıq əsginasdan sonra dövriyyədə olan ən iri nominallı pul nişanıdır.

Nəşr, həmçinin İranda bankomatlar qarşısında uzun növbələrin yarandığını yazıb. Sakinlər elektron sistemlərdə nasazlıq ola biləcəyindən ehtiyat edərək nağd pula üstünlük verirlər.

İran Mərkəzi Bankı bildirib ki, yeni əsginas əhalinin nağd pula çıxışını təmin etmək üçün dövriyyəyə buraxılıb. Bununla yanaşı, debet kartları, mobil və internet bankçılıq əsas maliyyə əməliyyat platformaları olaraq qalacaq.

İran 10 milyon riallıq əsginası dövriyyəyə buraxdı