Komediyanın zirvəsində duran sənətkar

JYuNEsLtYm0nLWBdjrToDoFS3W9jf52bF1xC8XU9_1200

Bu gün Azərbaycanın unudulmaz sənətkarı, ölkəmizin teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Əliağa Ağayevin doğum günüdür.

Xia.az  xatırladır ki, Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub.

Məşədi İbad rolunun unudulmaz ifaçısı: Komediyanın zirvəsində duran sənətkar - VİDEO

Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında baş obraz olub.

Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları” dramının tamaşasında “Dik” rolu ilə çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən əksər tamaşalarda rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.

Məşədi İbad rolunun unudulmaz ifaçısı: Komediyanın zirvəsində duran sənətkar - VİDEO

Müxtəlif çeşidli rolları, xüsusən “O olmasın, bu olsun” bədii filmindəki “Məşədi İbad” obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında (2 dekabr 1961) “Abış Surxayeviç” obrazıdır.