Qətər ordusunun helikopteri qəzaya uğrayıb
Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.
Xia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi helikopter gündəlik tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb və Qətərin ərazi sularına düşüb. Qəzanın səbəbi texniki nasazlıq olub”, – deyə əmirliyin müdafiə idarəsinin məlumatında bildirilir.
Hərbçilər əlavə ediblər ki, helikopterin ekipaj üzvlərinin və sərnişinlərinin axtarışı aparılır.