Rübabə Muradovanın doğum günüdür

2hFvuqnMfsJQdcY3I43PbYsN0P7NTbfHIGMdMygj_1200

Martın 22-i Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum günüdür.

Xia.az  xatırladır ki, Rübabə Xəlil qızı Muradova 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub.

O, çox qısa müddətlik də olsa, Sabirabad Dövlət Dram Teatrında çalışıb. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.

1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni karyerasında böyük uğurlar qazanıb.