23 mart Ümumdünya Meteorologiya Günüdür

j4JkP2MdIst0oXkbYBoCKL1FkgkOUEY4gDwPumnb_1200

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir.

Xia.az  xatırladır ki, bu gün 1961-ci ildən etibarən Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə geniş ictimaiyyət arasında iqlim dəyişmələrinin mümkün təsirləri haqqında məlumatlılığı artırmaq məqsədilə qeyd olunur.

Əsas məqsəd bütün dünya ölkələrini Yer kürəsində müşahidə olunan hava, iqlim və su məsələləri ilə bağlı problemlərin həlli məqsədilə bir araya gətirməkdir. Meteoroloqlar proqnozlar verməklə ölkənin sosial-iqtisadi inkişafına, ətraf mühitin mühafizəsinə mühüm töhfə verir.

“Azərbaycanın Ümumdünya Meteorologiya Təşkilatının sıralarına qoşulması təbiidir, çünki biz özümüzü dünyanın bir hissəsi hesab edirik”, – deyə 1993-cü il 3 sentyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulması barədə qərar verib və qeyd edib.

Ümumdünya Meteorologiya Günü eyni zamanda meteoroloq kimi maraqlı və kifayət qədər mürəkkəb bir peşəni seçmiş insanlara minnətdarlıq əlaməti olaraq da qeyd olunur.