İran kiberhücum iddialarını təkzib edib

zLxO83ZtWTjperMnTqp9RARXz11hf7WxBW7noYZj_1200

İranda supaylama və təchizat sisteminə qarşı kiberhücumun həyata keçirildiyinə dair məlumatlar yayılıb.

Xia.az -ın məlumatına görə, bu barədə ISNA agentliyi xəbər verib.

İranın Energetika Nazirliyi isə ölkənin su infrastrukturuna kiberhücum olunması barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.