Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bakıya gələn senatror ABŞ-də NAZİR SEÇİLDİ

Posted on 24 Mart 202624 Mart 2026 By Admin_

ABŞ senatı Markveyn Mallini daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqləyib.

Xia.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.

Məlumata görə 49 yaşlı respublikaçı M.Mallin Senatda Oklahoma ştatını təmsil edir.

Xatırladaq ki, martın 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem vəzifəsindən uzaqlaşdırılıb. “New York Post” qəzetinin məlumatına görə, vəzifədən azad edilmə katibin ofis romantikası ilə bağlıdır. Bundan əvvəl ABŞ administrasiyası Minnesota ştatında artan gərginlik səbəbindən Noemin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.

Qeyd edək ki, bu ilin yanvarın 4-də ABŞ nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin də daxil idi.

Dünya

Yazı naviqasiyası

Previous Post: Kolumbiyada təyyarə qəzası
Next Post: Ev heyvanlarının tükündən qiymətli daş-qaşlar düzəltməyə başlayıblar
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme