Kolumbiyada təyyarə qəzası

PRMK2EqVOCf1ysQPh10LjF9HkbFCUTyD0IZMZTa0_1200

Kolumbiya Aerokosmik Qüvvələrinə məxsus “Hercules C-130” təyyarəsinin Puerto Lequizamo Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb.

Xia.az  xəbər verir ki, bu barədə LAFM Kolumbiya Silahlı Qüvvələrinin komandanı general Huqo Alexandro Lopez Barretonun sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, təyyarədə olan 128 nəfərdən 58-i sağ qalıb, 66 nəfər ölüb. Yaralananların 57-si xəstəxanaya çatdırılıb, bir nəfər isə heç bir xəsarət almayıb.

Məlumata görə təyyarədə 11 heyət üzvü, 115 Milli Ordu və iki Milli Polis üzvü olmaqla 128 nəfər olub. Ölənlər arasında 58 Ordu, altı Hərbi Hava Qüvvələri və iki Milli Polis üzvü var. Dörd nəfər itkin düşüb.