Milli Qəhrəman Pəncəli Teymurov

4VH96h618SpePbhAA7zq6eHEy6qDUifxaeJ7GzP5_1200

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.

Xia.az xatırladır ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub.

1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib.