Viktor Orban XİN rəhbərinin telefonunun dinlənilməsini Macarıstana “hücum” adlandırıb

BMZeRp4gr50WTyuQ8WCn4X79PZHlD52QRtriMPpk_1200

Macarıstanın Baş naziri Viktor Orban ölkənin xarici işlər naziri Peter Siyarto ilə telefon danışıqlarının dinlənilməsini ölkəyə “hücum” adlandırıb.

Xia.az RBC-ya istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

“Ədliyyə nazirinə Peter Siyartonun dinlənilməsi ilə bağlı məlumatı dərhal araşdırmağı tapşırdım”, – deyə Orban qeyd edib.

“The Washington Post” qəzeti mənbəyə istinadən daha əvvəl yazmışdı ki, Siyarto Avropa İttifaqı nümayəndələrinin iclaslarında fasilələr zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrova müntəzəm olaraq zəng edir.

Martın 23-də macarıstanlı jurnalist Sabolç Panyi Siyarto ilə Lavrovun telefon danışığının mətnini dərc edib. O, dinləmənin Aİ ölkələrindən birinin kəşfiyyatı tərəfindən aparıldığını bildirib.