Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb

Posted on 24 Mart 202624 Mart 2026 By Admin_

Yer kürəsində iqlim dəyişikliyi kritik səviyyəyə yüksəlib və planet rekord dərəcədə qeyri-sabit vəziyyətdədir.

Xia.az da qeyd olunub ki, istixana qazlarının yüksək konsentrasiyası dünya okeanı və atmosferin istiləşməsini davam etdirir. Ekspertlər bildiriblər ki, qlobal istiləşmə artıq ciddi nəticələrə səbəb olub, o cümlədən Arktikada buz örtüyünün sahəsi rekord səviyyədə azalıb.

Vurğulanıb ki, bu dəyişikliklər yüzilliklər, hətta minilliklər boyu mənfi təsir göstərməyə davam edəcək.

Təşkilat, həmçinin qeyd edib ki, son 10 il müşahidə tarixində ən isti illər olub. Son 20 ildə isə okean insanların istehlak etdiyi enerjidən 18 dəfə çox enerji udub.

Okeanın istiləşməsi nəticəsində dünyada quraqlıqlar, meşə yanğınları və daşqınlar kimi təbii fəlakətlərin sayı daha da artıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Ev heyvanlarının tükündən qiymətli daş-qaşlar düzəltməyə başlayıblar
Next Post: Mingəçevirdə qəzada yaralananların kimliyi bilindi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme