Zaqatalada avtomobil çuxura düşdü
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Xia.az -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi VAZ-2109 avtomobili idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.
Hadisə nəticəsində xəsarət alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.