Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.
Xia.az “Report”a istinadla xəbər verir ki, B Liqasının altıncı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunasdakı “Raudondvario” stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.